info@veten-ugrunda.az
 
Əhədov Elşad Saday oğlu
Tarix: 13-10-2015 15:55   |  Müəllif: vetenugrunda |  Baxılıb: 3756

Əhədov Elşad Saday oğlu
Əhədov Elşad Saday oğlu 4 mart 1968-cı ildə Masallı rayonunun Təzə Alvadı kəndində dünyaya göz açıb. Orta məktəbin birinci sinfinə 1975-ci ildə gedib, 1982-ci ildə yeddinci sinfi bitirərək birbaşa Cəmşid Naxçıvanski adına Hərbi liseyə daxil olub. Elşad liseyi müvəffəqiyyətlə bitirərək Ukraynanın Kamenets-Podolsk Ali Komandirlər məktəbinə qəbul olunub.
1989-cu ildə baş leytenant rütbəsi ilə Volqoqrad vilayətindəki hərbi hissələrdən birinə rota komandiri vəzifəsinə göndərilib. Gənc zabit bir müddətdən sonra doğma Vətəninə dönür. Əvvəlcə, Bakının Güzdək qəsəbəsində, sonra isə Lənkəran rayonunda rota komandiri kimi fəaliyyət göstərir. O, erməni işgalçılarının Azərbaycan torpaqlarına hücumundan hiddətə gələrək bir komandir kimi qazandığı hərbi təcrübəni öz xalqının bu təcavüzdən qorunmasına sərf etmək istəyirdi.
Beləliklə, Elşad döyüş bölgəsinə üz tutur. Gənc zabitin döyüş yolu Füzuli rayonu ərazisindən başlayır. Həmçinin, Daşburun, Nərgiztəpə, Aşağı Veysəlli, Şişqaya və Beyləqanda da mərdliklə vuruşur, böyük rəşadət göstərir. Onun minaladığı sahəyə 8 düşmən tankı və onlarla erməni yaraqlısı düşərək məhv olur.
Qəhrəmanın son döyüşü Ağdaş yüksəkliyi uğrunda olur, 11 dekabr 1993-cü il Ağdaş yüksəkliyi uğrunda gedən döyüşdə Elşad Əhədov şəhidlik zirvəsini fəth edir.
Ailəli idi. İki uşağı yadigar qalıb.
Azərbaycan Resbublikası Prezidentinin 14 dekabr 1993-cü il tarixli fərmanı ilə Əhədov Elşad Saday oğlu ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmiş, 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Elşad Əhədov doğma kəndində dəfn olunub. Öz kəndində orta məktəb və park Milli Qəhrəmanın adını daşıyır.











 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX