info@veten-ugrunda.az
 
MƏMMƏDOV XANOĞLAN SADIQ oğlu
Tarix: 10-09-2015 15:21   |  Müəllif: admin |  Baxılıb: 1845

MƏMMƏDOV XANOĞLAN SADIQ oğlu
1975-ci il fevralın 13-də Neftçala rayonunun Qaraqaşlı kəndində dünyaya göz açmışdır. Səkkizinci sinfi bitirdikdən sonra təhsilini 104 saylı texniki-peşə məktəbində davam etdirmişdir. 1993-cü il aprelin 13-də Neftçala rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır. O, topçu kimi əvvəlcə Səngəçalda, sonra isə Çuxanlı, Pirəküşkül və Qaladakı hərbi hissələrdə xidmət keçir.

Sonra onu Murovdağa göndərirlər. Bir neçə dəfə döyüşlərdə iştirak edir.

1995-ci il mart ayının 15-də OMON-çulardan ibarət bir qrup cinayətkar dəstə Ağstafa bölgəsində dövlət çevrilişinə cəhd göstərdi. Dövlət başçısı, Ali Baş Komandan onlara silahı yerə qoymağı təklif etsə də, OMON-çular bu iddialarından əl çəkmədilər. Qardaş qanı töküldü. Milli Ordumuz işə qarışmalı oldu. Həmin gün Xanoğlan Məmmədov da cinayətkarların zərərsizləşdirilməsində yaxından iştirak edirdi. Dövlət çevirilişinə cəhdin qarşısının alınmasında onun müstəsna xidməti oldu. Lakin bu qarşıdurmada ömrü qırıldı.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Məmmədəv Xanoğlan Sadıq oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Qaraqaşlı kəndində dəfn edilmişdir.

Neftçala rayon Mədəniyyət evi onun adını daşıyır.











 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX