info@veten-ugrunda.az
 
MƏMMƏDOV MÖVSÜM ŞAHİN oğlu
Tarix: 10-09-2015 15:10   |  Müəllif: admin |  Baxılıb: 2286

MƏMMƏDOV MÖVSÜM ŞAHİN oğlu
1967-ci il iyunun 6-da Xocalı rayonunun Kosalar kəndində dünyaya göz açmışdır. Canhəsən kənd ibtidai məktəbini bitirdikdən sonra, orta təhsilini 1984-cü ildə doğma kəndində başa vurmuşdur. 1985-ci ildə ordu sıralarına çağırılmışdır. 1987-ci ildə ordudan tərxis olunaraq, Vətənə dönmüşdür. O, 1988-ci ildə Şuşa Elektrik Şəbəkəsi Birliyində ilk əmək fəaliyyətinə başlayır. 1990-cı ildə isə həyatını daxili işlər orqanlarına bağlayır. O vaxtlar Azərbaycanda vəziyyət getdikcə ağırlaşırdı. Ermənilərin torpaq iddiası, yaraqlıların arası kəsilməyən hücumları ölkədə sabitliyi pozmuşdu. Belə bir vaxtda Dağlıq Qarabağda və ətraf rayonlarda yerli polis işçilərinə böyük ehtiyac duyulurdu. Elə bu səbəbdən sərhədyanı bölgələrdə yeni-yeni polis bölmələri yaradılmağa başladı. Belə bölmələrdən biri də Xocalı rayonunun Meşəli kəndində yaradıldı. Mövsüm Məmmədov Vətənin dar günündə öz fəaliyyətini daxili işlər orqanlarında davam etdirməyi özünə borc bildi. O, 1992-93-cü illərdə erməni işğalçılarına qarşı aparılan hərbi əməliyyatlarda mərdliklə vuruşmuş və Xocalı soyqırımı zamanı dinc əhalinin xilas edilməsində böyük şücaət göstərmişdir. O, 1994-cü ildə Şuşa Rayon Polis Şöbəsinin Post-Patrul Xidməti bölüyünə komandir təyin edilmişdir.

M.Məmmodov hansı vəzifədə işləməsindən asılı olmayaraq, həmişə öz işinin öhdəsindən layiqincə gəlmişdir. Elə buna görə də 1995-ci ildə onu PPX-nin komandiri vəzifəsinə irəli çəkirlər.

M.Məmmədov 1998-ci ildə DİN-nin Polis Akademiyasını bitirmişdir. O, indi Şuşa Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsində çalışır. Polis mayorudur.

Ailəlidir. İki övladı var.

Azərbaycan Respublikası prezidentinin 25 fevral 1997-ci il tarixli 553 saylı fərmanı ilə Məmmədov Mövsüm Şahin oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX