info@veten-ugrunda.az
 
MURADOV HİKMƏT OQTAY oğlu
Tarix: 09-09-2015 21:22   |  Müəllif: admin |  Baxılıb: 1912

MURADOV HİKMƏT OQTAY oğlu
23 yanvar 1969-cu ildə Bakı şəhərində doğulmuşdur. O, 1976-cı ildə 190 saylı Bakı şəhər orta məktəbinə getmiş, 1986-cı ildə onuncu sinfi əla qiymətlərlə bitirmişdir. Həmin il Krasnokutsk Mülki Aviasiya Məktəbinə daxil olmuş, 1991-ci ildə məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. Sonra Kiyev Ali Mülki Aviasiya İnstitutunun qiyabi şöbəsi... O, təyinatla Yevlax hava yollarında 2-ci pilot kimi fəaliyyətə başlayır.

Hikmət Muradov AN-2 təyyarəsi ilə dəfələrlə Dağlıq Qarabağa uçuşlar etmiş, Xocalıya aviasiya hissələrinin daşınmasında və müxtəlif ləvazimatların vaxtında çatdırılmasında böyük xidmətlər göstərmişdir. Qorxmaz təyyarəçi çətin vəziyyətlərdə təmkini və qətiyyəti ilə seçilirdi. Bu onun ən üstün cəhətlərindən idi.

1991-ci ilin 29 oktyabrında xüsusi tapşırıqla xidməti borcunu yerinə yetirərkən, Xocalı rayonunun Xanabad kəndi ərazisində onun idarə etdiyi AN-2 təyyarəsi şiddətli raket atəşi nəticəsində zədələnir. Ekipajı və sərnişinləri xilas etmək üçün təyyarəni təhlükəsiz yerə çatdırmağa çalışsa da, faciədən qaçmaq mümkün olmur...
Subay idi.


Azərbaycan Respublikası prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı fərmanı ilə Muradov Hikmət Oqtay oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Vaxtilə oxuduğu 190 saylı orta məktəbdə barelyefi vurulmuşdur.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX