info@veten-ugrunda.az
 
MEHDİYEV FAZİL UMUD oğlu
Tarix: 09-09-2015 20:21   |  Müəllif: admin |  Baxılıb: 2264

MEHDİYEV FAZİL UMUD oğlu
20 avqust 1966-cı ildə Laçın rayonunun Ələçi kəndində doğulmuşdur. O, körpə olarkən, ailəsi Ağdam rayonunun Abdal-Gülablı kəndinə köçmüşdür. Fazil 1973-cü ildə məktəbə bu kənddə qədəm qoymuşdur. 1983-cü ildə orta təhsilini başa vurmuşdur. 1984-86-cı illərdə hərbi xidmətdə olmuşdur.
Sverdlovsk şəhərində hərbi xidmətini nümunəvi başa vurub, ailəsinin yaşadığı Abdal-Gülablı kəndinə qayıtmışdır. Bir müddət burada qaldıqdan sonra işləmək üçün Rusiyaya gedir. Orada çox qalmır. Vətən onu çəkir. Qayıdandan sonra sürücülük peşəsinə yiyələnir.

O, Abdal-Gülablıda yerləşən sanatoriyada sürücü işləyirdi. Bu vaxtlar erməni yaraqlıları Şuşaya, Laçına, Kərkicahana gedən avtobusları gülləbarana tutur, əhalini öz yurd-yuvalarından didərgin salmağa çalışırdılar.

Fazil bu hadisələr başlayan gündən əlinə silah götürdü. O,1990-cı ildə Ağdam rayon Daxili İşlər Şöbəsində yaradılmış polis batalyonuna yazıldı. Tezliklə onun sorağı ən ağır, ən çətin döyüşlərdən eşidilməyə başladı.

1991-ci ildə Ağdərənin Canyataq, Mehmanə, Qazançı, Sırxavənd kəndlərində gedən qızğın döyüşlərdə iştirak etdi. Qaradağlı kəndində ayağından ağır yaralandı. Lakin bunu ailəsinə bildirmədi. Yarası hələ tam sağalmamış, döyüş yoldaşlarının yanına qayıtdı.

F.Mehdiyev 1991-ci ilin avqustunda ermənilərin “Niva” markalı bir maşınını ələ keçirib, Ağdam Rayon Polis Şöbəsinə təhvil vermişdir.
1991-ci il sentyabrın 23-dən 24-nə keçən gecə... Ermənilər böyük qüvvə ilə Abdal-Gülablı kəndinə hücuma keçmişdilər. Köməyə ehtiyac vardı. O, bu xəbəri eşitcək, dostu Salehlə maşına minib köməyə tələsdi. Ermənilər Ağdamdan gələn yolda pusqu qurmuşdular. Fazil yoldan keçərkən Ağbulaq kəndi yaxınlığında qəfil hücuma məruz qaldı. O, bu döyüşdə faciəli surətdə həlak oldu.
Subay idi.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Mehdiyev Fazil Umud oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Ağdam rayonunun “Qarağacı” qəbristanlığında dəfn edilmişdir.

Bakının Nəsimi rayonunda büstü qoyulmuşdur. Səbail rayonunda isə onun adına küçə var.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX