info@veten-ugrunda.az
 
KƏRİMOV KAZIMAĞA MÖVSÜM oğlu
Tarix: 09-09-2015 20:14   |  Müəllif: admin |  Baxılıb: 2074

KƏRİMOV KAZIMAĞA MÖVSÜM oğlu
1951-ci il sentyabrın 1-də Qubadlı rayonunun Sarıyataq kəndində doğulmuşdur. Qara İlyasov adına Qubadlı şəhər orta məktəbini bitirdikdən sonra rayonun “Avanqard” qəzetinin mətbəəsində yığıcı işləmişdir. 1970-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşdur. Kazımağa Kərimov təhsil illərində həm respublika, həm də rayon qəzetlərində maraqlı yazılarla çıxış etmişdir. Universiteti bitirdikdən sonra o, təyinatla “Azərbaycan məktəbi” jurnalına göndərilir. Bir müddət keçdikdən sonra Goranboy rayonunun Qızılhacılı kəndini özünə yurd seçir. O, Rayon Aqrar-Sənaye Birliyində hüquq məsləhətçisi kimi işə qəbul olunmuşdu. Həvəslə çalışırdı. İşindən razı idi. Ancaq onun bu sakit həyatı uzun sürmədi,yaşıdları kimi, o da silaha sarılmalı oldu. 1991-ci ildə birinci Goranboy özünümüdafiə batalyonunun yaradılmasında xüsusi fəallıq göstərdi. Sonralar isə, Goranboyda ikinci özünümüdafiə batalyonu yarananda, batalyon komandirinin müavini təyin edildi. Universitetdə təhsil aldığı illərdə hərbi texnikanın sirlərinə müəyyən qədər bələd olan baş leytenant Kazımağa Kərimov qələmi silahla əvəz etdi. Beləcə Kazımağanın döyüş yolu başladı. Erkəc, Qaraçinar, Meşəli və bir sıra başqa kəndlərdə keçirilən əməliyyatlarda rəşadətlə vuruşdu. Axırıncı döyüşü Meşəli ərazisində oldu. Komandir müavini əsgərlərə son döyüş tapşırığı verdi. Onlar bu ərazini erməni işğalından azad etməli idilər. Elə bu vaxt sıx meşəlikdən ermənilər görünməyə başladı. Əsgərlər cəld silaha sarıldılar. Bir az sonra erməni quldurları tərksilah olundu. O, bu döyüşdə ayağından ağır yaralandı. Yoldaşları vaxt itirmədən, onu vertolyotla Bakıya yola salırlar. Lakin çoxlu qan itirdiyindən Kazımağa Kərimov 15 iyun 1992-ci ildə Bakıda hospitalda dünyasını dəyişir.

Evli idi. Bir oğul övladı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Kərimov Kazımağa Mövsüm oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir

Qızılhacılı kənd mədəniyyət evi onun adını daşıyır. Goranboy şəhərində büstü qoyulmuşdur.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX