info@veten-ugrunda.az
 
“Əsgərə məktub” layihəsi Azərbaycanın müxtəlif bölgələrində davam edir
Tarix: 27-11-2018 01:02   |  Müəllif: admin |  Baxılıb: 1352

“Vətən uğrunda” səyyar təşviqat dəstəsi ön xətdə xidmət edən hərbi qulluqçuların ruh yüksəkliyini daha da artırmaq məqsədilə “Əsgərə məktub” layihəsini Azərbaycanın müxtəlif bölgələrində davam etdirir. Növbəti kütləvi-vətənpərvərlik tədbiri “Vətən Uğrunda” səyyar təşviqat dəstəsinin təşkilatçılığı ilə Gəncənin M. Ş. Vazeh adına 16 nömrəli tam orta məktəbində keçirilib.

Ordu ilə xalq arasında arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət edən layihə ilə bağlı “Vətən Uğrunda” səyyar təşviqat dəstəsi tərəfindən şagirdlərə ətraflı məlumatlar verilib. Bildirilib ki, belə tədbirlərin keçirilməsinin məqsədi Vətəni qorumağa hər an hazır olan vətənsevər gəncləri yetişdirmək, gənclərdə vətənpərvərlik ruhunu gücləndirməkdir. Layihə çərçivəsində görülən işlər və həyata keçirilən fəaliyyətlər şagirdlərin marağına səbəb olub.

Şagirdlər əsgərlərə “Yaşasın Azərbaycan əsgəri”, “Var olsun Azərbaycan Ordusu” kimi sözlərdən ibarət məktublar ünvanlayıblar. Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərinə möhkəm iradəyə, əzimkarlığa, gecə- gündüz, istidə və soyuqda Vətənə keşik çəkdiklərinə görə minnətdarlıq bildiriblər. “Əsgərə məktub” yazmaqla yanaşı şagirdlər videogörüntü vasitəsi ilə də Azərbaycan əsgərinə xoş arzularını çatdırıblar.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX