N nömrəli hərbi hissənin əsgərlərinin Tərtər rayonuna Aprel döyüşlərinin üçüncü ildönümü münasibətilə bir neçə məkana ekskursiya təşkil edilib
Tarix: 02-04-2019 16:41 | Müəllif:
admin | Baxılıb: 794
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, Azərbaycan Ordusunun 2016-cı ilin Aprel döyüşlərində qazandığı qələbənin üçüncü ildönümü münasibətilə hərbi vətənpərvərlik həftəsinə start verilib. Vətənpərvərlik həftəsi çərçivəsində "Vətən Uğrunda" səyyar təşviqat dəstəsinin təşkilatçılığı ilə N nömrəli hərbi hissənin əsgərlərinin Tərtər rayonuna Aprel döyüşlərinin üçüncü ildönümü münasibətilə bir neçə məkana ekskursiya təşkil edilib.
Tarix-diyarşünaslıq Muzeyinə Ekskursiya çərçivəsində hərbi qulluqçular ikimərtəbəli muzey binasında hazırda xalqımızın tarixini, mədəniyyətini və yaradılan "Kənd evi" bəhs edən bölməni , qədim dövrdə istefada olunan məişət əşyaları böyük marağına səbəb olub.
Ekskursiyanin davamı ağac tinglərinin qarşısında qoyulan Aprel döyüslərinin lövhələri seyr ediblər.Ekskursiya zamanı Aprel döyüşlərdə düşməndən azad olunmuş Tərtər rayonunun əraziləri ziyarət olunub. Daha sonra nahar vaxtı əsgərlər qarşısında usiqi ifa edilib.
Xoş təəssüratlarla hərbi qulluqçular xidmət yerlərinə qayıdıblar .