Aprel döyüşlərinin üçüncü ildönümü münasibətilə Tarix-diyarşünaslıq Muzeyinə ekskursiya təşkil edilib
Tarix: 03-04-2019 16:39 | Müəllif:
admin | Baxılıb: 818
"Vətən Uğrunda" səyyar təşviqat dəstəsinin təşkilatçılığı ilə N nömrəli hərbi hissənin əsgərlərini Vətənpərvərlik həftəsi çərçivəsində Tərtər rayonundaki Aprel döyüşlərinin üçüncü ildönümü münasibətilə Tarix-diyarşünaslıq Muzeyinə ekskursiya təşkil edilib.
Əvvəlcə ekskursiya iştirakçılarına muzeydə yaradılmış ümummilli liderimiz Heydər Əliyev və Ali Baş Komandan İlham Əliyevin Tərtər rayonununa olan səfərlərini fotoxronika lövhəsi təqdim olunub və məlumat verilib.
Ekskursiya zamanı Tərtər şəhərin Aprel döyüşləri zamanı şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın şəkilləri, onlar haqqında məlumatlar, şəxsi əşyalar, hərbi geyim formalarını əks etdirən zəngin eksponantlar əsgərləri xüsusi marağa səbəb olub.
Sonra şəhərin tarixini əks etdirən ekspozisiya zallarında qorunan eksponatlar,əl işləri və milli geyimlər seyr ediblər.
Sonra ekskursiyanin davamında Aprel döyüşləri zamanı işğaldan azad olunmuş Tərtər rayonunun ərazisini hərbi qulluqçular daha yaxından müşahidə ediblər.
Öz müsahibələrində əsgərlər əminliklə qeyd ediblər ki,işğal altında olan digər torpaqlarımız da tezliklə işğaldan azad olunacaq, Azərbaycanımızın ərazi bütövlüyü təmin ediləcəyini bildiriblər.
Asudə vaxtında “Əsgər məktubu” layihəsi çərçivəsində əsgərlər ailələrinə, yaxınlarına məktublar yazıblar.
Tədbirin bədii hissəsində Gəncə Qarnizonu Zabitlər Evinin solistinin ifasında hərbi vətənpərvərlik mahnılar səsləndirilib və əsgərlərin əhval ruhiyyəsini daha da yüksəldib.