Gənclər gününə həsr edilən musiqi müsabiqəsinin iştirakçıları üçün ekskursiya təşkil olunub
Tarix: 01-02-2019 02:47 | Müəllif:
admin | Baxılıb: 820
Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə 2 fevral “Gənclər Günü” nə həsr edilən istedadlı mülki gənclər və hərbi qulluqçular arasında keçirilən musiqi müsabiqəsinin iştirakçıları üçün ekskursiya təşkil olunub.
Ekskursiya zamanı hərbu qulluqçular ölkənin ikinci böyük şəhəri olan Gəncədəki muzey və tarixi yerləri ziyarət edib, burada yaşayıb-yaradan görkəmli şəxsiyyətlər barədə məlumat alıblar. Şəhərin tarixini əks etdirən ekspozisiya zallarında qorunan eksponatlarla, yerli xalçaçıların əl işləri ilə yaxından tanış olublar. Gəncə şəhəri ilə tanışlıq müsabiqə iştirakçılarında xoş ovqat yaradıb.
Şəhərin tarixi ilə bağlı əldə etdikləri məlumatlar ekskursiya iştirakçılarının tarixi biliklərini daha da zənginləşdirib.