Cəbhənin ön xəttində xidmət edən hərbi qulluqçuların Gəncə şəhərinin tarixi yerlərinə ekskursiyası təşkil edilib.
Tarix: 08-10-2018 01:06 | Müəllif:
admin | Baxılıb: 838
Vətən Uğrunda səyyar təşviqat dəstəsinin təşkilatçılı ilə Cəbhənin ön xəttində xidmət edən hərbi qulluqçuların Gəncə şəhərinin tarixi yerlərinə ekskursiyası təşkil edilib.
Ekskursiya zamanı hərbi qulluqçular Gəncə şəhərinin qədim tarixi, xalqımızın zəngin mədəni irsi, incəsənət abidələri haqqında məlumatlandırılıblar. Gəncə Tarix-Diyarşünaslıq müzeyi, Şah-Abbas məscidi, Nizami Gəncəvinin Məqbərəsi, Nizami Gəncəvi Yaradıcılıq muzeyi və Gəncə Qala Qapıları ilə tanış olan hərbçilər xoş təəssüratlarla xidmət yerlərinə qayıdıblar.
Bu səpkidə keçirilən tədbirlər hərbi hissələrlə ictimaiyyət arasında əlaqələrin daha da genişləndirilməsi məqsədi daşıyır.