Gəncənin tarixi abidələri ilə tanışlıq ön xətdə xidmət edən əsgərlərin marağına səbəb olub
Tarix: 11-08-2018 22:12 | Müəllif:
admin | Baxılıb: 1089
Gəncə Qarnizonu Zabitlər Evinin “Vətən Uğrunda” səyyar təşviqat dəstəsinin təşkilatçılığı ilə “N” nömrəli hərbi hissənin əsgərlərinin Gəncə şəhərinə ekskursiyası təşkil edilib.
Ekskursiya çərçivəsində hərbi qulluqçular “Qala Qapıları Arxeologiya və Etnoqrafiya Muzeyi”, “Nizami məqbərəsi”, “Nizami Muzeyi”, Məhsəti Mərkəzi” və “Gəncə Tarix Diyarşünaslıq Muzeyi” ilə yaxından tanış olublar.
Əsgərlərə Gəncə şəhərinin tarixi, ziyarət etdikləri muzeylərin ekspozisiya zalında qorunan eksponatlar, Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərləri
haqqında ətraflı məlumatlar verilib.





