info@veten-ugrunda.az
 
Əsgərlərin Gəncə şəhərinin tarixi abidələrinə ekskursiyası təşkil edilib
Tarix: 27-06-2018 23:23   |  Müəllif: admin |  Baxılıb: 927

Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə “N” nömrəli hərbi hissənin bir qrup əsgəri üçün 26 iyun Silahli Qüvvələr Günü və Azərbaycan Ordusunun yaranmasının100 -cü il dönümü münasibəti ilə ekskursiya təşkil olunub.

Əsgərlər Gəncə Qala Qapıları Arxeologiya və Etnoqrafiya Muzeyi, dahi söz ustadı Nizami Gəncəvinin məqbərəsi və muzeyi ilə yaxından tanış olublar.
Əsgərlərə Gəncə şəhərinin tarixi, ziyarət etdikləri müzeylərin ekspozisiya zalında qorunan eksponatlar, Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərləri haqqında ətraflı məlumatlar verilib. Gəncə şəhərinin tarixi abidələri ilə tanışlıq əsgərlərdə xoş təəssürat yaradıb. Onların Gəncə ilə bağlı məlumatlarını daha da zənginləşdirib.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX