info@veten-ugrunda.az
 
CƏBHƏ BÖLGƏSİNDƏ DÖYÜŞ NÖVBƏTÇİLİYİ ÇƏKƏN BÖLMƏLƏRDƏ ŞƏXSİ HEYƏT ZİYARƏT EDİLİB
Tarix: 03-11-2018 14:48   |  Müəllif: admin |  Baxılıb: 1274

“Vətən Uğrunda!” səyyar təşviqat dəstəsi cəbhə bölgəsində yerləşən hərbi hissələrin döyüş növbətçiliyi çəkən bölmələrində şəxsi heyəti ziyarət edib. Ziyarətin məqsədi hərbi qulluqçularla mədəni-kütləvi tədbirlərin keçirilməsi, hərb tariximizin öyrənilməsi, hərbi ənənələrin təbliği və şəxsi heyətə mənəvi dəstək olmaqdan ibarət olub.

“Vətən Uğrunda!” səyyar təşviqat dəstəsinin üzvlərini görən hərbi qulluqçular keçirilən tədbirlər zamanı fəallıq nümayiş etdiriblər. Əsgərlərlə hərbi vətənpərvərlik mövzularında söhbətlər aparılıb. Hərbi qulluqçulara “Əsgərə məktub” layihəsi çərçivəsində müəllim və şagirdlərin yazdıqları məktublar paylanılıb. Məktubları oxuyan əsgərlər videogörüntü vasitəsi ilə onlara məktub ünvanlanmış şəxslərə salamlarını, təşəkkürlərini çatdırıblar. Azərbaycan xalqına ismarıc söyləyiblər.

Eyni zamanda hərbi qulluqçuların asudə vaxtının daha da səmərəli keçirilməsi üçün əsgərlərlə qol güləşi yarışması və hərb tarimizə aid yarışlar keçirilib. Qalib gələn hərbi qulluqçulara “Vətən Uğrunda!” səyyar təşviqat dəstəsi adından hədiyyələr təqdim olunub. Əsgərlərə şəkilləri Gəncə Qarnizonu Zabitlər Evinin səsyayma avtomobilin fotoloboratoriyasında çap edilərək hədiyyə olunub.

Bundan başqa tədbirlərdə fəal iştirak edən əsgərlər “Vətən Uğrunda!” səyyar təşviqat dəstəsi tərəfindən hədiyyə qazanıblar. Ön xətdə xidmət edən hərbi qulluqçular üçün musiqi nömrələri səsləndirilib. Ümumilikdə tədbirin təşkili əsgərlərdə xoş ovqat, yüksək əhval ruhiyyə yaradıb.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX