ÖN CƏBHƏDƏ DÖYÜŞ NÖVBƏTÇİLİYİ ÇƏKƏN HƏRBİ QULLUQÇULAR ZİYARƏT EDİLİB
Tarix: 30-10-2018 14:42 | Müəllif:
admin | Baxılıb: 2113
“Vətən Uğrunda!” səyyar təşviqat dəstəsi cəbhə bölgəsində döyüş növbətçiliyi çəkən bölmələrdə şəxsi heyəti ziyarət edib. Görüş zamanı səyyar təşviqat dəstəsinin üzvləri hərbi qulluqçularla hərbi vətənpərvərlik mövzularında söhbətlər aparıb. "Əsgərə məktub" layihəsi çərcivəsində müəllim və şagirdlərin tərəfindən yazılan məktublar hərbi qulluqçulara paylanıb. Əsgərlər "Əsgər məktubu" layihəsi çərçivəsində öz ailələrinə və onlara məktub yazan şagirdlərə məktub yazıb.
Tədbirin məqsədi hərbi qulluqçuların mənəvi-psixoloji ruhunu yüksəltmək üçün mədəni-kütləvi tədbirlərin keçirilməsi, hərb tariximizin öyrənilməsi, hərbi ənənələrin təbliği və şəxsi heyətə mənəvi dəstək olmaqdır. Hərbi qulluqçuların asudə vaxtının daha da səmərəli keçirilməsi üçün hərbi vətənpərvərlik mövzularında viktorina keçirilib. Qalib gələn əsgərlər mükafatlandırılıb.
Gəncə Qarnizonu Zabitlər Evinin səsyayma stansiyasının fotolabaratoriyası vasitəsi ilə hərbi qulluqçuların çəkilən şəkilləri çap edilərək xatirə hədiyyəsi kimi verilib. Səyyar təşviqat dəstəsinin üzvü əsgərlərdə xoş ovqat yaratmaq üçün müxtəlif musiqi nömrələri ifa edib.