️"Səngər" Vətən Burdan Başlayır...️️️️️️️️
Tarix: 19-10-2018 21:25 | Müəllif:
admin | Baxılıb: 1507
“Vətən Uğrunda!” səyyar təşviqat dəstəsi ön xəttdə döyüş növbətçiliyi çəkən əsgərlərin yanında olub. Tədbirin məqsədi hərbi qulluqçuların mənəvi-psixoloji ruhunu yüksəltmək üçün mədəni-kütləvi tədbirlərin keçirilməsi, hərb tariximizin öyrənilməsi, hərbi ənənələrin təbliği və şəxsi heyətə mənəvi dəstək olmaqdır.
Görüş zamanı “Vətən Uğrunda!” səyyar təşviqat dəstəsinin üzvləri hərbi qulluqçularla hərbi vətənpərvərlik mövzularında söhbətlər aparıb, əsgərlərlə birgə yemək hazırlıyıb və nahar ediblər. Daha sonra əsgərlərə şagirdlərdən gələn məktublar təqdim olunub. Məktubları oxuyan əsgərlərdə hədsiz sevinc hissləri yaranıb və maraqlı anlar yaşanıb.
Daha sonra ön xətdə yerləşən hərbi qulluqçular üçün musiqi nömrələri ilə əsgərlərdə xoş ovqat yaradılıb