“Vətən Uğrunda!” səyyar təşviqat dəstəsi, cəbhə bölgəsində yerləşən hərbi hissələrdə və döyüş növbətçiliyi çəkən bölmələrdə şəxsi heyəti ziyarət edib.
Tarix: 13-09-2018 23:17 | Müəllif:
admin | Baxılıb: 1015
Tədbirin məqsədi hərbi qulluqçuların mənəvi-psixoloji ruhunu yüksəltmək üçün mədəni-kütləvi tədbirlərin keçirilməsi, hərb tariximizin öyrənilməsi, hərbi ənənələrin təbliği və şəxsi heyətə mənəvi dəstək olmaqdır.
Görüş zamanı “Vətən Uğrunda!” səyyar təşviqat dəstəsinin üzvləri hərbi qulluqçularla hərbi vətənpərvərlik mövzularında söhbətlər aparıb, əsgərlərlə birgə yemək hazırlıyıb və nahar ediblər. Eyni zamanda hərbi qulluqçuların asudə vaxtının daha da səmərəli keçirilməsi üçün qol güləşi yarışmasında “Vətən Uğrunda!” səyyar təşviqat dəstəsinin üzvləri güclərini sınayıb və avtomatı natamam söküb yığıblar.
Qalib gələn hərbi qulluqçular mükafatlandırılıb.Daha sonra ön xətdə yerləşən hərbi qulluqçular üçün musiqi nömrələri ilə əsgərlərdə xoş ovqat yaradılıb