info@veten-ugrunda.az
 
“Əsgər məktubu” valideynlərin hədsiz sevincinə səbəb olub
Tarix: 28-02-2019 15:00   |  Müəllif: admin |  Baxılıb: 906

“Vətən Uğrunda!” səyyar təşviqat dəstəsinin döyüş növbətçiliyi çəkən əsgərlərlə görüşləri zamanı “Əsgər məktubu” layihəsi də həyata keçirilir. Layihə çərçivəsində Vətən keşikçiləri ailə üzvlərinə, doğmalarına məktublar yazırlar.

“Əsgər məktub” ları “Vətən Uğrunda!” səyyar təşviqat dəstəsinin üzvləri tərəfindən hərbi qulluqçuların ailələrinə çatdırılır. “Vətən Uğrunda” səyyar təşviqat dəstəsinin ön cəbhədən gətirdiyi növbəti “Əsgər məktubu” ları valideynlərin üzünü güldürüb.

Övladından məktub alan valideynlər məktubları ən dəyərli hədiyyə kimi qəbul ediblər. Oğullarından məktub alan ata –anaların üzündən təbəssüm, gözlərindən sevinc və qürür hissi oxunub. Əsgər Cəlal Qurbanlının məktubu yol idarəsində çalışan atasına alın təri ilə çörək pulu qazandığı iş yerində təqdim olunub. İlham Qurbanov fəxrlə oğlundan gələn məktubu qəbul edib.

Əsgər atası oğluna Vətənin keşiyində ayıq-sayıq dayanmağı, üç rəngli Azərbaycan bayrağını, Vətənin adını daima uca tutmağı tövsiyyə edib. Oğlundan “Əsgər məktubu” alan Mamedovlar ailəsi isə övladının Azərbaycan əsgəri olması ilə fəxr etdiklərini, yenilməz ordumuzla qürur duyduqlarını bildiriblər. Valideynlər oğullarının həm də Azərbaycanın övladı kimi Vətənə xidmət borcundan çıxmalı olduqlarını vurğulayıblar.

“Vətən Uğrunda!” səyyar təşviqat dəstəsinin üzvlərinə təşəkkür edən ata və analar “Əsgər məktub”u layihəsinin davamlı olmasını, layihə çərçivəsində neçə-neçə əsgər valideyninin üzünün gülməsini arzu ediblər.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX