info@veten-ugrunda.az
 
UNEC-in nümayəndələri Vətən müdafiəçiləri ilə görüşüblər
Tarix: 29-12-2017 13:53   |  Müəllif: admin |  Baxılıb: 1043

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professor, müəllim və tələbələrindən ibarət bir qrup respublikamızın Qərb bölgəsinə səfər edərək Vətən müdafiəçiləri ilə görüşüb.

Hərbi hissənin komandanlığı tərəfindən səmimiyyətlə qarşılanan qonaqlar əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin qərargahın qarşısında ucaldılmış abidəsinin önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Qrupu müşaiyət edən Müdafiə Nazirliyinin əməkdaşı, Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani hərbi hissənin tarixi, keçdiyi döyüş yolu, yetirdiyi milli qəhrəmanlar və şəhidlik zirvəsinə ucalan döyüşçülər haqqında ətraflı məlumat verib. Onlar Heydər Əliyev Mərkəzi, Əsgər Klubu, Qərargah, Tibb Məntəqəsi və digər obyektlərlə tanış olub, əsgərlərlə birlikdə nahar ediblər.

Azərbaycan-Ermənistan sərhədindəki zirvədə döyüş növbəsini çəkən hərbi qulluqçularla görüş və orada əsgəri xidmət üçün yaradılan şəraitlə tanışlıq qonaqlarda xoş təəssürat yaradıb.

İqtisadi məsələlər üzrə prorektor, Qarabağ müharibəsinin iştirakçısı Mikayıl Zeynalov, Rus İqtisad Məktəbinin direktoru Mənsur Bərxudarov, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin rəhbəri Fariz Əhmədov çıxış edərək bütün xalqımız kimi UNEC-in kollektivinin də möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında digər sahələrlə yanaşı ordu quruculuğunda da aparılan uğurlu islahatlardan, Azərbaycan Ordusunun güc və qüdrətindən qürur duyduqlarını bildiriblər. Vətən müdafiəçilərini əmin ediblər ki, əgər Aprel döyüşləri yenidən başlayacaqsa döyüşçülərimiz öz sıralarında UNEC-in 20 min nəfərlik könüllülər ordusunu da görəcəklər.

Döyüş və mənəvi-psixoloji hazırlıqda fərqlənən bir qrup hərbi qulluqçuya, eləcə də dayaq məntəqəsinə UNEC-in rektorluğu adından qiymətli hədiyyələr təqdim edilib.

UNEC-in nümayəndələri Vətən müdafiəçiləri ilə görüşüblər
UNEC-in nümayəndələri Vətən müdafiəçiləri ilə görüşüblər
UNEC-in nümayəndələri Vətən müdafiəçiləri ilə görüşüblər
UNEC-in nümayəndələri Vətən müdafiəçiləri ilə görüşüblər
UNEC-in nümayəndələri Vətən müdafiəçiləri ilə görüşüblər

Həmin gün axşam qonaqlar hərbi qulluqçularla birlikdə bir neçə gün öncə Müdafiə Nazirliyinin Qazax rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi “Ordumuz-qürurumuz, xalqımız-dayağımız” hərbi-vətənpərvərlik bayramına həsr olunmuş filmə baxıb, əsgər yataqxanasında gecələyiblər.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX