info@veten-ugrunda.az
 
BAŞKƏNDİN AZAD EDİLMƏSİNİN 27-Cİ İL DÖNÜMÜ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLİB.
Tarix: 22-08-2019 14:30   |  Müəllif: admin |  Baxılıb: 1131

Ordumuzun tam formalaşmadığı və vahid komandanlıqdan idarə olunmadığı vaxtlarda, ermənilər üzərində qazandığımız qələbələrimiz az olmayıb. Həmin vaxtlarda, Azərbaycan hərb tarixinə qızıl hərflərlə yazılacaq uğurlu əməliyyatatlardan biri də, 8 avqust 1992-ci ildə həyata keçirilmiş Başkənd əməliyyatıdır. Əməliyyat nəticəsində həm Gədəbəy rayonunun işğal altında olan 2 kəndi, həm də 4600 hektardan artıq tarixi torpaqlarımız azad edilib.

Başkənd əməliyyatının uğurlu aparılmasını əsas səbəblərindən biri, ixtisaslı kadrların vəziyyəti normal dəyərləndirməsi və çəkilən planın dəqiqliyidir.

Başkəndin işğaldan azad edilməsinin 27-ci il dönümü ilə əlaqədar Başkəntdə N saylı hərbi hissədə tədbir keçirilib.Tədbirdə iştirak ediblər : döyüşlərə rəhbərlik edən Dilqəm Əliyevdir və onun döyüş yoldaşları .

Başkənd əməliyyatı zamanı ermənilərin işğal etdiyi Mutudərə və Qasımağalı kəndləri onun rəhbərliyi altında işğaldan azad edilib.

Tədbir zamanı “Əsgərə məktub” lahiyyəsi həyata keçirildi, keçmiş döyüşçülər bu günkü Azərbaycan Ordusunun əsgərlərinə ürəklərindən keçən xoş sözlərini yazdılar.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX