info@veten-ugrunda.az
 
SİLAHLI QÜVVƏLƏR GÜNÜ MÜNASİBƏTİ İLƏ N SAYLI HƏRBİ HİSSƏDƏ TƏDBİR KEÇİRİLİB
Tarix: 21-06-2019 13:27   |  Müəllif: admin |  Baxılıb: 1994

Azərbaycan Silahlı Qüvvələr Günü münasibəti ilə N saylı hərbi hissədə kütləvi hərbi-vətənpərvərlik tədbiri keçirilib. Tədbirin təşkilaçıları: ehtiyatda olan polkovnik –leytenant Quliyev Nizami Ənvər oğlu, Müdafiə Nazirliyi, Mədəniyyə Nazirliyi. Tədbirlərdə “Vətən Uğrunda” səyyar təşviqat dəstəsi “Əsgərə məktub”və “Əsgər məktubu” layihələri həyata keçirib.

Müdafiə və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə 26 İyun - Silahlı Qüvvələri Günü münasibətilə Daşkəsən rayonundakı N saylı hərbi hissənin şəxsi heyəti üçün konsert proqramı təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edənlər Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 101 illiyi münasibətilə əsgərləri təbrik edib, çətin və şərəfli xidmətdə onlara müvəffəqiyyət arzulayıblar.

Bildirilib ki, yaranmasının 101 illiyinin qeyd olunduğu Silahlı Qüvvələrimiz dövlətimizin dayağı, ərazi bütövlüyünün təminatçısıdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin uğurla davam etdirdiyi hərtərəfli düşünülmüş və əsaslandırılmış ordu quruculuğu siyasəti nəticəsində bu gün Azərbaycan Ordusu regionumuzda ən qüdrətli hərbi gücə çevrilib və mənfur düşmənin tapdağı altında olan torpaqlarımızı ən qısa zamanda azad etmək iqtidarındadır. Qısamüddətli şanlı Aprel döyüşləri xalqımızın vətənpərvərlik ruhunu bir daha nümayiş etdirməklə yanaşı, Ordumuzun yüksək döyüş bacarığını və hərbi qüdrətini də əyani şəkildə sübut etdi.

Hərbi hissənin komandanlığı bu təşəbbüsü yüksək qiymətləndirib, belə görüşlərin əsgərlər üçün mənəvi dəstək olduğunu, onlarda ruh yüksəkliyi yaratdığını qeyd edib. Bildirilib ki, əsgər və zabitlər torpaqlarımızı düşmən tapdağından azad etmək üçün Ali Baş Komandanın əmrlərinə hər an hazırdırlar.

Sonra tədbir konsert proqramı ilə davam edib. Xalq artistləri Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Əməkdar artistlər Teymur Əmrah və Vasif Məhərrəmlinin vətənpərvərlik ruhunda səsləndirdiyi mahnılar hərbi hissənin əsgər və zabit heyəti tərəfindən böyük coşqu ilə qarşılanıb.

Tədbirdə, həmçinin səyyar təşviqat dəstəsinin “Əsgərə məktub” layihəsi çərçivəsində hərbi hissənin əsgərləri ailələrinə məktublar yazıblar.

Bildirilib ki, səyyar təşviqat dəstəsi ön cəbhədən əsgərlərdən valideynlərə və əks istiqamətdə cavab məktublarının çatdırılmasında mühüm vasitəçidir.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX