info@veten-ugrunda.az
 
HƏRBİ HİSSƏLƏRDƏ "AÇIQ QAPI" GÜNLƏRİ KEÇİRİLİB
Tarix: 18-03-2019 18:30   |  Müəllif: admin |  Baxılıb: 1030

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən ictimai nəzarətin gücləndirilməsi, şəffaflığın təmin edilməsi, ordu və xalq birliyinin daha da mökəmləndirilməsi, əsgər ailələri ilə aparılan işin səmərəliliyinin daima artırılması məqsədilə Novruz bayramı ərəfəsində Azərbaycan Ordusunun tabeçiliyində olan bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü tədbirləri keçirilib.

“Vətən Uğrunda” səyyar təşviqat dəstəsinin üzvləri N nömrəli hərbi hissənin şəxsi heyətinin, Vətən keçikçilərinin ünvanına Novruz bayarmı münasibəti ilə ən xoş arzular çatdırıb. Qüdrətli Azərbaycan Ordusunun yenilməz hərbi qulluqçuları sayəsində Novruz tonqallarının Qarabağda, Şuşada, Xankəndində və işğaldan azad işğaldan azad edilmiş torpaqlarımızda qalanacağına əminlik ifadə olunub.

Bayram tədbirində keçəl və kosanın düzlu-məzəli çıxışları, bayram əhval-ruhiyyəli mahnılar, əsgərlərin bir-birindən maraqlı rəqs nömrələri şənliyə xüsusi abu-hava qatıb. “Vətən Uğrunda” səyyar təşviqat dəstəsi “Açıq qapı günü” tədbirində “Əsəgərə məktub” layihəsini həyata keçirib.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX