info@veten-ugrunda.az
 
N NÖMRƏLİ HƏRBİ HİSSƏNİN YARANMASININ 27-Cİ İLDÖNÜMÜ MÜNASİBƏTİ İLƏ TƏNTƏNƏLİ TƏDBİR TƏŞKİL EDİLİB
Tarix: 16-01-2019 21:15   |  Müəllif: admin |  Baxılıb: 2872

Bayram tədbirində hərbi hissənin yaranma tarixinə və keçdiyi şərəfli döyüş yoluna nəzər salınıb. N nömrəli hərbi hissənin yaranması gününə həsr edilən tədbir hərbi hissənin ərazisində yerləşən ulu öndər Heydər Əliyevin büstünü ziyarət və şəhidlər abidəsi önünə gül dəstələrinin qoyulması ilə başlayıb. Döyüş bayrağının gətirilməsi və Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsindən sonra korpus komandiri, general -mayor Xəqani Cəbrayılovun şəxsi heyətə ünvanladığı təbrik məktubu oxunub.

N nömrəli hərbi hissənin komandiri, polkovnik - leytnant Daşqın Bənnayev və ehtiyatda olan zabitlər çıxışlarında bildiriblər ki, yaranmasının 27-ci ildönümü qeyd edilən hərbi hissə Dağlıq Qarabağ müharibəsi dönəmində 1992-ci il yanvarın 13-də yaradılıb. Şərəfli döyüş yolu keçərək Vətən uğrunda, torpaq uğrunda düşmənlə Sədərək, Şuşa, Ağdam, Fizuli, Tərtər istiqamətində gedən döyüşlərdə mübarizəyə qoşulub. Vurğulanıb ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi, erməni quldurlarının torpaqlarımıza irəliləməsinin qarşısının alınmasında nümayiş etdirilən igidlik və şücaət bu gün gənc əsgərlərə aşılanır.

Çıxışlarda bildirilib ki, bu gün Azərbaycan dünyada peşəkar ordusu olan ölkə kimi tanınır. Şübhəsiz ki, bu cür ordusu olan xalqın müstəqilliyi də əbədi və sarsılmazdır. Azərbaycanda ordu quruculuğu istiqamətində işlər ardıcıl surətdə aparılmaqla yanaşı, dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilir. Milli Ordunun formalaşması və bu sahədə inkişafın təməlinin qoyulması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev tərəfindən ordu quruculuğu və inkişafı istiqamətində işlər uğurla davam etdirilir.

Bildirək ki, I Qarabağ müharibəsi zamanı hərbi hissənin 400-ə yaxın döyüşçüsü qəhrəmancasına həlak olub, 500 nəfər döyüşçü yaralanıb, 16 nəfər Milli Qəhrəman, 35 hərbi qulluqçu Azərbaycan bayrağı ordeni, 45 nəfər isə hərbi xidmətdə fərqlənməyə görə medalları ilə təltif olunublar. Döyüş və ictimai- siyasi hazırlıq dərslərində fərqləndiyinə görə bir qrup hərbi qulluqçu korpus komandiri və hərbi hissənin komandiri tərəfindən fəxri fərmana layiq görülüb. Tədbirin yekununda əsgərlərin təntənəli keçidi olub.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX