info@veten-ugrunda.az
 
Сəbhə xəttində Ümummilli Liderin xatirəsi yad edilib
Tarix: 12-12-2018 22:45   |  Müəllif: admin |  Baxılıb: 1191

“Vətən Uğrunda!” səyyar təşviqat dəstəsi cəbhə xəttində yerləşən N nömrəli hərbi hissələrdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan bir sıra tədbirlər keçirib. Döyüş mövqeyində olan hərbi qulluqçularımız Ulu Öndərimizin xatirəsini ehtiramla yad ediblər.

“ Vətən Uğrunda” səyyar təşviqat dəstəsinin üzvləri tədbirlərdə çıxış edərək Ulu Öndərimizin şərəfli ömür yolundan, Vətənimiz qarşısında tarixi xidmətlərindən danışıblar. Qeyd edilib ki, Azərbaycan tarixinə düşmüş dahi şəxsiyyət Heydər Əliyev keçmiş sovetlər və müstəqilliyimiz dövründə Azərbaycana rəhbərlik edərkən ordu quruculuğu məsələsinə də xüsusi diqqət yetirib.

Bu gün digər sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də Ulu Öndərin siyasi xətti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.“Vətən Uğrunda!” səyyar təşviqat dəstəsi avtoklub vasitəsilə Gəncə Qarnizonu Zabitlər Evinin hazırladığı Ulu Öndər Heydər Əliyevin şərəfli həyat və fəaliyyəti haqqında film nümayiş etdirilib.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX