info@veten-ugrunda.az
 
9 noyabr BAYRAQ GÜNÜ MÜNASİBƏTİ İLƏ HƏRBİ HİSSƏLƏRİN ŞƏXSİ HEYƏTİ ZİYARƏT EDİLİB
Tarix: 08-11-2018 13:56   |  Müəllif: admin |  Baxılıb: 1264

“Vətən Uğrunda!” ️️️səyyar təşviqat dəstəsi Müdafiə nazirliyinin əməkdaşlarının iştirakı ilə cəbhə bölgəsində yerləşən hərbi hissələrin döyüş növbətçiliyi çəkən bölmələrində 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə şəxsi heyəti ziyarət edib. Ziyarətin başlıca məqsədi hərbi qulluqçularla mədəni-kütləvi tədbirlərin keçirilməsi, 9 noyabr Azərbaycanın Dövlət Bayrağı Günü haqqında əsgərlərin bilikləri artırmaq, hərbi ənənələrin təbliği və şəxsi heyətə mənəvi dəstək olmaqdan ibarət olub.

“Vətən Uğrunda” səyyar təşviqat dəstəsinin üzvlərinin və Müdafiə nazirliyinin əməkdaşlarının gəlişinə şad olan əsgərlərin simasında xoş təbəssüm müşahidə edilib. Bayram tədbirində əsgərlərlə 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı günün yaranma tarixi və hərbi vətənpərvərlik mövzularında söhbətlər aparılıb. “Vətən Uğrunda” səyyar təşviqat dəstəsi tərəfindən əsgərlər arasında rəsm müsabiqəsi keçirilib. Üçrəngli Azərbaycan bayrağının rəsmini ən yaxşı çəkən əsgərlərə səyyar təşviqat dəstəsi adından hədiyyələr təqdim olunub.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX