info@veten-ugrunda.az
 
Ön xəttə xidmət edən əsgərlər döyüş növbətçiliyi zamanı “Qurban bayramı” münasibəti ilə ailələrini, Azərbaycan xalqını təbrik ediblər
Tarix: 24-08-2018 23:00   |  Müəllif: admin |  Baxılıb: 1206

Ali baş komandanın əmri ilə işgal altında olan torpaqlarımızı tezliklə işğaldan azad edəclərini növbəti bayramları doğma torpaqlarımızda qeyd edəcəklərini vurğulayıblar. “Vətən Uğrunda!” səyyar təşviqat dəstəsi “Qurban bayramı”nı ön xəttə xidmət edən əsgərlərlə birgə keçirib. Təmas xəttində xidmət edən əsgər və zabitlərə bayram günü münasibəti ilə səyyar təşviqat dəstəsi ən xoş arzularını çatdırıb.

Onlara çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayıb. Bildirilib ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması və üçrəngli bayrağımızın doğma Qarabağımızda dalğalanmasıdır.

Görüşdə əsgərlərlə söhbətlər aparılıb, onlarla müxtəlif oyunlar təşkil olunub, hərbi qulluqçulara bayram sovqatı çatdırılıb.

Bayram sevincini yaşayan əsgərlər hərbi vətənpərvərlik ruhunda mahnılar ifa edib, rəngarəng rəqs nömrələri ilə tədbiri daha da yaddaqalan ediblər.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX