15 iyun “Milli Qurtuluş Günü” və “Ramazan bayramı” ilə əlaqədar olaraq ön cəbhədə xidmət edən, döyüş növbətçiliyi çəkən əsgərlərlə görüş
Tarix: 15-06-2018 13:00 | Müəllif:
admin | Baxılıb: 1298
Gəncə Qarnizonu Zabitlər Evinin “Vətən Uğrunda!” səyyar təşviqat dəstəsi 15 iyun “Milli Qurtuluş Günü” və “Ramazan bayramı” ilə əlaqədar olaraq ön cəbhədə xidmət edən, döyüş növbətçiliyi çəkən əsgərlərlə görüşüb.
Qrup üzvləri hərbi qulluqçuların döyüşə hazırolma vəziyyəti ilə tanış olublar. Daha sonra əsgərlərlə hərb tarixi mövzusunda viktorina keçirilib, qaliblərə hədiyyələr təqdim olunub. Görüş musiqi dəqiqələri ilə yekunlaşıb.
Həmçinin “Vətən Uğrunda” səyyar təşviqat dəstəsi tərəfindən avtoklub maşını vasitəsilə 15 iyun “Milli Qurtuluş Günü” və hərbi-vətənpərvərlik mövzusunda filmlər nümayiş etdiri