info@veten-ugrunda.az
 
Cümhuriyyətin yaranmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib
Tarix: 22-05-2018 12:09   |  Müəllif: admin |  Baxılıb: 1061

"Vətən Uğrunda!” Səyyar Təşviqat dəstəsi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə N nömrəli hərbi hissədə tədbir keçirib.
Tədbirdə hərbi qulluqçulara Şərqdə ilk Demokratik Respublikanın yaranma tarixi, keçdiyi şərəfli döyüş yolu haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycan Xalq Cumhuriyyətinin yaranması respublikamızın tarixində ən əlamətdar hadisələrdən biri olmaqla, xalqımızın azadlıq, müstəqillik arzusu ilə yaşaması əzmini bir daha nümayiş etdirib.

“Vətən Uğrunda!” Səyyar Təşviqat dəstəsi avtoklub vasitəsilə Gəncə Qarnizonu Zabitlər Evinin hazırladığı Cümhuriyyətin 100 illiyindən bəhs edən tarixi qısametrajlı film göstərilib.

“Əsgərə məktub” layihəsi çərçivəsində Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə şagirdlərin əsgərlərə yazdığı təbrik məktubları təqdim olunub. Tədbirin təşkili və səyyar təşviqat dəstəsi ilə görüş əsgərlərdə xoş ovqat yaradıb.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX